×
A
A
A
Sazlamalar

“Red Bull” komandası növbəti mövsüm üçün heyətini ABŞ Qran-Prisindən sonra müəyyənləşdirəcək

Bakı, 10 sentyabr, AZƏRTAC

“Red Bull Racing” komandası noyabrda keçiriləcək Formula 1 ABŞ Qran-Prisindən sonra növbəti mövsüm üçün heyətini müəyyənləşdirəcək.
AZƏRTAC xəbər verir ki, bunu komandanın idman məsləhətçisi Helmut Marko deyib.
O bildirib ki, komanda növbəti mövsüm üçün Pyer Qasli, Aleksander Albon və Daniil Kvyatdan birini heyətinə cəlb etmək istəyir: “Heyətə cəlb etmək istədiyimiz namizədlər arasında Sebastian Fettel yoxdur. Bir neçə il əvvəl almaniyalı pilot komandamızda möhtəşəm çıxışı ilə yadda qalmışdı. Ancaq hazırda onunla danışıqlar aparılmır. Noyabrın əvvəlində keçiriləcək ABŞ Qran-Prisindən sonra növbəti mövsümdə kiminlə çıxış edəcəyimizə qərar verəcəyik”.

İdman 2019-09-10 17:39:00