×
A
A
A
Sazlamalar

Laborant və müəllimlər dərs zamanı ağıllı lövhələrdən istifadə qaydaları barədə məlumatlandırılıb

Bakı, 10 sentyabr, AZƏRTAC 

Bakı Slavyan Universitetində (BSU) Azərbaycan multikulturalizmi və ölkəşünaslıq kafedrasının təşkilatçılığı ilə ağıllı lövhələrdən istifadə qaydaları haqqında təlim keçirilib. Təlimdə kafedranın laborant və müəllimləri iştirak ediblər.
BSU-dan AZƏRTAC-a bildirilib ki, elektron idarəetmə resursları şöbəsinin müdiri Nurlan Məmmədov təlim iştirakçılarına dərs zamanı auditoriyada ağıllı lövhələrdən istifadə qaydaları, keçirilən mühazirələrin videoyazılarının “Youtube” videohistinqində yerləşdirmə üsulları barədə məlumat verib. Şöbə müdiri ağıllı lövhə üzərində müəllimlərə praktik qaydada bir çox funksiyaları izah edib.
Təlimlər iki gün davam edəcək.

Elm və təhsil 2019-09-10 11:43:00