×
A
A
A
Sazlamalar

Azərbaycan ilə Koreya Respublikası arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Bakı, 6 sentyabr, AZƏRTAC

Seul şəhərində keçirilən “Seul Müdafiə Dialoqu – 2019” beynəlxalq müdafiə və təhlükəsizlik konfransında iştirak edən Azərbaycanın Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev Koreya Respublikasının Milli Müdafiə nazirinin Müdafiə Siyasəti üzrə müavini Çunq Sukvan ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tərəflər iki ölkə arasında mövcud hərbi əməkdaşlığın cari vəziyyətini və inkişaf perspektivlərini müzakirə edərək hərbi təhsil sahəsində əldə olunan nailiyyətləri yüksək qiymətləndiriblər.
Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti, Cənubi Qafqazda və Koreya yarımadasında mövcud hərbi-siyasi durum barədə ətraflı fikir mübadiləsi aparılıb.

Ordu 2019-09-06 11:16:00