×
A
A
A
Sazlamalar

“Spasskaya Başnya” XII Beynəlxalq hərbi-musiqi festivalı başa çatıb

Bakı, 4 sentyabr, AZƏRTAC

Moskva şəhərinin Qızıl Meydanında keçirilən “Spasskaya Başnya” XII beynəlxalq hərbi-musiqi festivalı başa çatıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, on iki dövlətdən mindən artıq musiqiçi, vokalist və rəqqasların iştirak etdiyi festivalda ölkəmizi Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin hərbi orkestri və Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblı yüksək səviyyədə təmsil edib.
Festivalın yekununa görə komandamız dördüncü yerə layiq görülərək diplomla təltif edilib.

Ordu 2019-09-04 19:15:00