×
A
A
A
Sazlamalar

Ölkə ərazisində qeyri-sabit hava şəraiti sentyabrın 9-dək davam edəcək

Bakı, 3 sentyabr, AZƏRTAC 

Ölkə ərazisində qeyri-sabit hava şəraiti sentyabrın 9-dək davam edəcək.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Həmçinin bildirilib ki, sentyabrın 2-si gündüzdən 3-ü səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub.
Düşən yağıntının miqdarı Sumqayıtda 27, Dəstəfurçay-Qaraqollar Hidrometeorologiya Mərkəzində (HMM) 21, Zabratda 20, Bakı, Xaltanda 18, Gəncəçay-Gədəmiş HMM-da (Daşkəsən) 16.2, Qubada 15, Gədəbəydə 14, Maştağada 12, Çaykənddə (Göygöl) 10.4, Zəyəmçay-Ağbaşlar HMM-da (Tovuz) 10.3, Göygöldə 10 millimetr təşkil edib. Həmçinin Sarıbaş (Qax), Qusara 9, Binə, Mərəzə, Daşkəsənə 8, Astara, Sədərəkə 7, Oğuz, Altıağac, Kişçaya (Şəki) 6, Pirallahı, Xınalıq, Tərtər, Ağdərəyə (Ordubad) 5, Naftalan, Şəmkir, Ağdam, Köçəsgər (Ağstafa), Şərura 4, Şahdağ, Biləsuvar, İmişli, Gəncə, Şahbuza 3, Xaçmaz, Şabran, Cəfərxan, Bərdə, Dağkəsəmən, Düz Qışlaq (Ağstafa), Naxçıvana 2, Ordubad, Lənkəran, Neftçala, Ceyrançöl, Tovuz, Ağstafaya 1, Balakən, Qəbələ, Zaqatala, Şəki, Qırız, Nabran, Yevlax, Zərdab, Kürdəmir, Sabirabad, Salyana 0-1 millimetr yağıntı düşüb.
Sentyabrın 2-də Bakıda havanın temperaturu iqlim normasından 3 dərəcə aşağı olub.

Ekologiya 2019-09-03 18:34:00