×
A
A
A
Sazlamalar

Paytaxtda yerləşən bəzi işıqforların fəaliyyətində problem yaranıb

Bakı, 3 sentyabr, AZƏRTAC
Gecə saatlarında müşahidə edilən yağışla əlaqədar paytaxt ərazisindəki bəzi yol kəsişmələrində yerləşən işıqforların işində problemlər yaranıb.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, hazırda 9 küçə və prospekt kəsişməsində işıqforlar işləmir.
Sözügedən küçələr H.Zərdabi küçəsi-A.Abbasov, 28 may-A.Puşkin, A.Puşkin-Ə.Xəqani küçələridir. Həmçinin Azadlıq prospekti ilə N.Gəncəvi, Y.V.Çəmənzəminli, M.Araz, M.Mirqasımov küçələrinin kəsişməsində, eyni zamanda, M.K.Atatürk prospekti-M.Araz küçəsi, Ş.İ.Xətai prospekti-N.Quliyev küçəsinin kəsişmələrində də işıqforların fəaliyyəti dayanıb.
İşıqforların fəaliyyətinin bərpa edilməsi istiqamətində iş aparılır. Sürücülərdən işıqforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur.

Nəqliyyat 2019-09-03 10:57:00