×
A
A
A
Sazlamalar

Hərb Oyunları Mərkəzində kompüter dəstəkli komanda-qərargah təlimi başlayıb VİDEO

Bakı, 30 avqust, AZƏRTAC 

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu tədris ilinin hazırlıq planına əsasən, Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində kompüter dəstəkli komanda-qərargah təlimi başlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimdə əsas məqsəd komandirlərin və qərargah zabitlərinin döyüşün təşkili və aparılması zamanı yaranmış müxtəlif şəraitdə mövcud qüvvələrin və ehtiyatların tətbiqi üzrə praktiki vərdişlərinin təkmilləşdirilməsidir.
Təlimə cəlb olunan heyət simulyasiya sistemləri vasitəsilə döyüş fəaliyyətləri zamanı bölmələrin fasiləsiz, bacarıqla və qətiyyətlə idarə edilməsi üzrə tapşırıqları icra edirlər.

Ordu 2019-08-30 17:03:00

Video