×
A
A
A
Sazlamalar

Dövlət qulluğu üzrə müsahibədə iştirak etmək üçün bu günədək 1107 nəfər ərizə verib

Bakı, 24 avqust, AZƏRTAC 

Ümumilikdə 41 dövlət orqanında 457 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 2-də elan olunmuş müsabiqənin müsahibə mərhələsinə ərizə qəbulu davam edir.
AZƏRTAC DİM-in saytına istinadla xəbər verir ki, avqustun 24-ü saat 14:20-yə olan göstəricilərə əsasən, müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün 1107 nəfər ərizə verib.
Müsahibəyə dövlət orqanları arasında ən çox vakant vəzifə Təhsil Nazirliyi (147 vəzifə) tərəfindən çıxarılıb.
Sənəd qəbulu sentyabrın 2-də başa çatacaq.

Elm və təhsil 2019-08-24 14:34:00