×
A
A
A
Sazlamalar

Paytaxt məktəblərində dərs ilinə hazırlıq işləri davam edir

Bakı, 23 avqust, AZƏRTAC 

Respublikanın bütün şəhər və rayonlarında olduğu kimi, Bakı şəhərində də yeni tikilən, əlavə korpuslar inşa edilən, əsaslı təmir olunan məktəblərin sayı ilbəil artır.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildirilib ki, belə tədris ocaqlarından biri də 129 nömrəli tam orta məktəbdir. Bu məktəbin müəllim və şagirdləri yeni tədris ilinə yenidən qurulan, müasir binada qədəm qoyacaq. Hazırda məktəbin tikintisində son tamamlama işləri aparılır. Üçmərtəbəli və üç tədris korpusundan ibarət məktəb binasında 1300 şagirdin keyfiyyətli təhsil alması üçün müasir standartlara uyğun şərait yaradılır.
Qeyd edək ki, hazırda BŞTİ-nin tabeliyindəki 6 məktəbdə əsaslı təmir işləri, 7 məktəbin mövcud binası sökülərək yenidən tikintisi davam etdirilir. Həmçinin 1 təhsil müəssisəsində yaranmış şagird sıxlığını aradan qaldırmaq məqsədilə əlavə korpusun inşasına başlanılıb.

Elm və təhsil 2019-08-23 17:09:00