×
A
A
A
Sazlamalar

Yanvar-iyul aylarında nəqliyyat vasitələri ilə 1 milyarddan çox sərnişin daşınıb

Bakı, 20 avqust, AZƏRTAC

2019-cu ilin yanvar-iyul aylarında nəqliyyatçılar 1 milyard 121,4 milyon nəfərə və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz çox sərnişinə xidmət göstərib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, sərnişinlərin 87,7 faizi avtomobil nəqliyyatı, 12 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

 

Nəqliyyat 2019-08-20 21:16:00