×
A
A
A
Sazlamalar

Güləşçilərimiz dünya çempionatının dörddəbir finalına vəsiqə qazanıblar

Bakı, 17 avqust, AZƏRTAC

Avqustun 17-də Estoniyanın paytaxtı Tallinndə gənc güləşçilər arasında dünya çempionatının altıncı günündə 60, 67, 72, 82 və 97 kiloqram çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar.
AZƏRTAC xəbər verir ki, güləşçimiz Ülvi Qənizadə (72 kq) təsnifat mərhələsində Ermənistan təmsilçisi Samvel Qriqoryana 5:2 hesabı ilə qalib gəlib. Növbəti qarşılaşmada Macarıstan idmançısı Gergeli Bak üzərində 9:0 hesablı qələbə qazanan təmsilçimiz dörddəbir finala adlayıb.
Digər güləşçimiz Əsgər Əlizadə (60 kq) səkkizdəbir finalda Cənubi Koreya təmsilçisi Qunvoo Parkı mübarizədən kənarlaşdıraraq (9:0) növbəti mərhələyə keçib.
Adəm Hacızadə (67 kq) isə debütdə Səudiyyə Ərəbistanı təmsilçisi Əhməd Fevzi Barahmanı 9:0 hesabı ilə məğlub edərək səkkizdəbir finala vəsiqə qazanıb.

 

İdman 2019-08-17 14:49:00