×
A
A
A
Sazlamalar

Xəzər Universiteti Britaniyanın “Creative Spark” proqramının qalibidir

Bakı, 17 avqust, AZƏRTAC

Xəzər Universiteti Britaniyanın Middlesex Universiteti ilə əməkdaşlıq çərçivəsində 2019-cu il üçün elan olunmuş “Creative Spark” proqramının qalibi olub.
Xəzər Universitetindən AZƏRTAC-a bildirilib ki, bu əməkdaşlıqda məqsəd dizayn ixtisasında təhsil alan tələbələrin biznes bacarıqlarını inkişaf etdirməkdir. Layihə çərçivəsində seçilmiş tələbə və müəllim heyətinin Middlesex Universitetində təlim alması nəzərdə tutulur. Proqram iştirakçılarının ilk görüşü bu il sentyabrın 2-4-də Oksfordda təşkil olunacaq.

Elm və təhsil 2019-08-17 12:24:00