“Xəyalət-maneken” kosmosda radiasiyanı ölçəcək
Bakı, 16 avqust, AZƏRTAC
Alimlərin hazırladıqları yeni “xəyalət-maneken” kosmosda radiasiyanı ölçəcək. AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu həssas maneken 2022-ci ildə Beynəlxalq Kosmik Stansiyaya göndəriləcək.
Rusiyanın Tibbi-Bioloji Problemlər İnstitutu kosmik uçuşların radiasiya təhlükəsizliyi şöbəsinin müdiri Vyaçeslav Şurşakov bildirib ki, hazırda orbitdə “kürəşəkilli” maneken var. O əlavə edib: “Həmin maneken 2004-cü ildən orbitdədir və bu, bur rekorddur. Dünyanın heç bir ölkəsində bu cür uzunmüddətli eksperiment aparılmayıb. “Xəyalət-manekenin” xüsusi dozimetr kanalları var, biz radiasiyanı ölçən bu cihazları Yerə qaytarırıq və onları başqaları ilə əvəz edirik”.
“Xəyalət-maneken” kosmosda olan radiasiyanın insan orqanizminə təsirini tədqiq edir. O, insan bədəninin radiasiyanı udduğu həcmdə həssas olan materialla təmin edilib. Manekenin daxilində ötürücülər və dozimetrlər quraşdırılıb. Bu cihazlar vasitəsilə kosmik radiasiyanın insan orqanizminə təsirinin təhlükəli həddini dəqiq ölçmək mümkündür.
Süni intellekt texnologiyalarının iqtisadiyyata transformasiyası problemləri tədqiq olunur
Kvant mexanizmi ilə beyin funksiyalarını sərgiləyən süni zəka modeli yaradılıb
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
Kibertəhlükəsizlikdə sıçrayış: yeni şifrələmə sistemi kompüteri casus proqramlarından qoruyur
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib