×
A
A
A
Sazlamalar

“Artilleriya atəşinin ustaları” müsabiqəsi başa çatıb VİDEO

Bakı, 15 avqust, AZƏRTAC 

“Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində Qazaxıstanda keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsi başa çatıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yarışların nəticələrinə və hakimlərin qərarına əsasən, 12 komandanın qatıldığı müsabiqədə toplanılan ballara uyğun olaraq Qazaxıstan komandası birinci, Rusiya komandası ikinci, Özbəkistan komandası üçüncü, Azərbaycan komandası isə dördüncü yerə layiq görülüblər.
“Artilleriya atəşinin ustaları” müsabiqəsinə təntənəli bağlanış mərasimi ilə yekun vurulub.

 

Ordu 2019-08-15 16:17:00

Video