×
A
A
A
Sazlamalar

“Buta Airways” Bakıdan Tehrana uçan sərnişinlərə müraciət edib

Bakı, 15 avqust, Elvin Camalov, AZƏRTAC

2019-cu il sentyabrın 1-dən etibarən “Buta Airways”in Tehran istiqamətində olan bütün reysləri “İmam Xomeyni” beynəlxalq hava limanının (IKA) yeni “Salam” terminalına həyata keçiriləcək.
Aviaşirkətdən AZƏRTAC-a bildirilib ki, biletləri əldə etmiş sərnişinlər aviabiletin alınması zamanı göstərilən telefon nömrələri vasitəsilə aviaşirkətin proseduruna uyğun olaraq məlumatlandırılacaq.
Qeyd edək ki, Tehrana uçuşlar hər gün həyata keçirilir.

Nəqliyyat 2019-08-15 12:53:00