×
A
A
A
Sazlamalar

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə daxil olan şikayət araşdırılıb

Bakı, 15 avqust, AZƏRTAC 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə paytaxtın Sabunçu rayonunun Zabrat-Kürdəxanı şosesinin sağ tərəfində ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub. Nazirliyin əməkdaşları şikayəti yerində araşdırıblar.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, araşdırma zamanı “Zeytunluq” adlanan ərazinin park və istirahət mərkəzinin salınması məqsədilə hasara alındığı və abadlıq işlərinin aparıldığı məlum olub.
Həmin ərazidə ağac kəsintisi faktı aşkarlanmayıb.

Ekologiya 2019-08-15 11:06:00