×
A
A
A
Sazlamalar

Paytaxtın Xətai rayonunda ağacların kəsilməsinə göstəriş verən müəssisə rəhbəri cərimələnib

Bakı, 14 avqust, AZƏRTAC 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları paytaxtın Xətai rayonunun Babək prospekti 2221-ci məhəllə ünvanında yerləşən “Xəzər” kiçik müəssisəsinin ərazisində müxtəlifcinsli ağacların kəsildiyini aşkarlayıblar.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, araşdırma zamanı ağacların həmin müəssisənin direktoru İlqar Qasımovun göstərişi ilə kəsildiyi müəyyənləşib.
Faktla bağlı İ.Qasımov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 4360 manat məbləğində cərimələnib.
Kəsilmiş ağacların yerinə yenilərinin əkilməsi təmin olunub.

Ekologiya 2019-08-14 13:54:00