Fərarilik etmiş erməni hərbi qulluqçu təmas xəttində bölmələrimiz tərəfindən saxlanılıb
Bakı, 12 avqust, AZƏRTAC
Avqustun 12-də səhər saatlarında cəbhənin Füzuli rayonu istiqamətində düşmən tərəfindən fərarilik etmiş hərbi qulluqçu Kazaryan Aro Xaykoviç bölmələrimizin sayıqlığı nəticəsində saxlanılıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ilkin dindirilmə nəticəsində düşmən hərbçisinin fərarilik etməsinə səbəb xidmət etdiyi hərbi hissədə hökm sürən özbaşınalıq, hərbi qulluqçulara qarşı dözülməz və qeyri-insani münasibət olduğu müəyyənləşib.
Erməni hərbi qulluqçu A.Kazaryanın uzun müddət ərzində komandirləri və digər hərbi qulluqçular tərəfindən dəfələrlə fiziki və mənəvi təzyiqlərə məruz qalması onun baş nahiyəsindəki hematomalar və bədənindəki yaralardan da aydın görünür.
Hazırda A.Kazaryana tibbi yardım göstərilir. Hadisənin araşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Müdafiə Nazirliyi: Gənc əsgərlərin hazırlığına xüsusi diqqət yetirilir VİDEO
Azərbaycan-Ermənistan şərti sərhədindəki mövcud əməliyyat şəraiti təhlil edilib VİDEO
Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO
Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər VİDEO