“Dəniz kuboku - 2019” müsabiqəsində artilleriya atışları yerinə yetirilib VİDEO
Bakı, 11 avqust, AZƏRTAC
“Dəniz kuboku - 2019” müsabiqəsində iştirak edən ölkələrin hərbi dənizçiləri Xəzər dənizinin döyüş hazırlığı poliqonunda “Artilleriya atışlarının yerinə yetirilməsi üzrə yarış” mərhələsində “Üzən minaya artilleriya atışı” tapşırığını yerinə yetiriblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu mərhələdə gəmilər hərəkətdə olarkən artilleriya atəşi ilə mina hədəfinin məhv edilməsi tapşırığı uğurla həyata keçirilib. Atışlar 200 metr məsafədən icra olunub.
Beynəlxalq hakimlər briqadası gəmilərin vaxtında gəlməsi və hədəflərin məhv edilməsi üzrə qiymətləndirmə aparıblar. Qərara əsasən, Azərbaycan və Rusiya komandaları 40 balla birinci, Qazaxıstan 36 balla ikinci, İran komandası isə 18 balla üçüncü yerə layiq görülüb.
Müdafiə Nazirliyi: Gənc əsgərlərin hazırlığına xüsusi diqqət yetirilir VİDEO
Azərbaycan-Ermənistan şərti sərhədindəki mövcud əməliyyat şəraiti təhlil edilib VİDEO
Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO
Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər VİDEO