×
A
A
A
Sazlamalar

ETSN: Xəzər dənizində dalğanın hündürlüyü 5,8 metrə çatıb

Bakı, 11 avqust, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, əvvəlcədən xəbər verildiyi kimi, avqustun 11-də Bakıda və Abşeron yarımadasında, ölkənin bəzi ərazilərində külək əsir.
Departamentdən AZƏRTAC-a bildiriblər ki, şimal-qərb küləyi arabir Maştağada 38, Bakıda 33-36, Sumqayıtda 30, Ələtdə 28, Pirallahıda 29, Qum adasında 26, Çilov adasında 22-25, Neftçalada 28-33, Xaçmazda 14-18, Nabranda 20, Neft Daşlarında 20-23 metr/saniyəyədək güclənib.
Dəniz stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 5,8 metrə çatıb. Güclü külək axşam saatlarınadək davam edəcək.

Ekologiya 2019-08-11 12:06:00