×
A
A
A
Sazlamalar

“Hərbi-tibbi estafet” müsabiqəsinin növbəti mərhələsi keçirilib

Bakı, 10 avqust, AZƏRTAC 

Azərbaycan Ordusunun hərbi tibb işçilərinin də iştirak etdikləri “Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində Özbəkistanda keçirilən “Hərbi-tibbi estafet” müsabiqəsinin növbəti mərhələsi baş tutub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan hərbi həkimləri “Estafetin ən yaxşı sürücü mexaniki” adı uğrunda mübarizədə digər ölkələrdən olan həmkarları ilə birlikdə bacarıqlarını nümayiş etdiriblər.

Ordu 2019-08-10 18:15:00