×
A
A
A
Sazlamalar

Zaqatala rayonunda üçüncü dəfə zəlzələ olub YENİLƏNİB

Bakı, 10 avqust, AZƏRTAC

Avqustun 10-da Zaqatala seysmoloji stansiyasından 14 kilometr cənub-qərbdə Zaqatala ərazisində maqnitudası 3.7 olan zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 15:22-də qeydə alınıb.
Ocağı 7 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 4, yaxın ətraf rayonlarda 3 bala qədər hiss olunub.
Xatırladaq ki, bu gün Zaqatalada saat 11:35-də maqnitudası 4.9, saat 14:00-da isə 3.4 olan yeraltı təkanlar qeydə alınıb.

Ekologiya 2019-08-10 16:49:00