×
A
A
A
Sazlamalar

Bakı Avtovağzalında Qurban bayramı ilə əlaqədar iri tutumlu “Neoplan” avtobuslar fəaliyyət göstərəcək

Bakı, 9 avqust, AZƏRTAC

Qurban bayramı ilə əlaqədar sərnişin axınının çox olmasını nəzərə alaraq, xəttə digər avtobuslarla yanaşı iri tutumlu neoplanlar da cəlb olunub.
Bakı Beynəlxalq Avtovağzal Kompleksindən AZƏRTAC-a bildirilib ki, bu, öz növbəsində sərnişinlərin komfortlu və rahat gedişini təmin etməyə yardımçı olacaq. Sərnişinlərdən xahiş edilir ki, səfər etmək istədikləri istiqamətlərə biletləri daha əvvəldən alsınlar.

Nəqliyyat 2019-08-09 18:18:00