×
A
A
A
Sazlamalar

“Hərbi-tibbi estafet” müsabiqəsi davam edir VİDEO

Bakı, 9 avqust, AZƏRTAC 

Azərbaycan Ordusunun hərbi həkimlərinin də iştirak etdikləri “Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində Özbəkistanda təşkil olunan “Hərbi-tibbi estafet” müsabiqəsinin növbəti mərhələsi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hərbi həkimlərimiz həmkarları ilə birgə maneələr zolağını dəf etmə və ixtisas hazırlığı üzrə bacarıqlarını sınayıblar.
Hakimlərin qərarına əsasən Azərbaycan heyəti 11 komanda arasında beşinci yerdə qərarlaşıb.

Ordu 2019-08-09 17:19:00

Video