×
A
A
A
Sazlamalar

Azərbaycan Ordusunun təlim hissə və bölmələrində andiçmə mərasimi keçiriləcək

Bakı, 8 avqust, AZƏRTAC 

Avqustun 11-də Azərbaycan Ordusunun təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimləri keçiriləcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ziyarətçilər hərbi hissələrdə yaradılan yaşayış, məişət şəraiti ilə tanış olacaq, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkəcəklər.
Hərbi hissələrin komandanlığı ilə keçiriləcək görüşlərdə valideynləri maraqlandıran məsələlər müzakirə ediləcək və mədəni-kütləvi tədbirlər təşkil olunacaq.

Ordu 2019-08-08 16:47:00