×
A
A
A
Sazlamalar

Sahibkarlar Konfederasiyası Ankaradakı kənd təsərrüfatı sərgisinə biznes missiya təşkil edəcək

Bakı, 3 avqust, AZƏRTAC

Sentyabr 26-29-da Ankarada “AGROTEC 2019 – 23-cü Beynəlxalq Kənd təsərrüfatı və Kənd təsərrüfatı Texnologiyaları Sərgisi” açılacaq.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından (ASK) AZƏRTAC-a bildirilib ki, sərgiyə konfederasiya tərəfindən biznes missiya təşkil olunacaq. Missiyada iştirak edəcək nümayəndə heyətinin otel və transfer xərcləri təşkilatçı tərəfindən ödəniləcək. İştirak edəcək nümayəndə qərar vermək səlahiyyətinə məxsus olmalıdır. ASK-ya üzv olmayan şirkətlərin sərgidə iştirakı ödənişlidir və ödəniş haqqı 200 AZN təşkil edir.

Sərgilər 2019-08-03 10:35:00