×
A
A
A
Sazlamalar

Sahibkarlar İrandakı xalça sərgisində iştiraka dəvət olunurlar

Bakı, 2 avqust, AZƏRTAC

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) sahibkarlara müraciət edib.
ASK-dan AZƏRTAC-a bildirilib ki, avqustun 25-də İranda əl işi xalçası sərgisi açılacaq. Ölkəmizdə fəaliyyət göstərən sahibkarlar və iş adamları sərgisini ziyarət etmək üçün İrana səfərə dəvət olunurlar.
Dəvət olunan şəxslərin İranda oteldə qalmaq, qidalanma və nəqliyyat xərcləri tədbirin təşkilatçıları tərəfindən ödəniləcək.

Sərgilər 2019-08-02 10:31:00