×
A
A
A
Sazlamalar

İlin əvvəlindən paytaxtda 100-dək məntəqədə yeni dayanacaq pavilyonu quraşdırılıb

Bakı, 31 iyul, AZƏRTAC

İlin əvvəlindən indiyədək paytaxtda 100-dək məntəqədə yeni dayanacaq pavilyonu quraşdırılıb.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, vətəndaşlardan daxil olan müraciətlər nəzərə alınmaqla mütəxəssislər tərəfindən aparılan təhlillərin nəticələrinə uyğun yeni dayanacaq pavilyonları quraşdırılıb. Ən son Pirallahı rayonunda 6 yeni dayanacaq məntəqəsi təşkil edilib və pavilyon qoyulub.
Həmçinin mövcud pavilyonlardakı çatışmazlıqlar da aradan qaldırılır. İşlər əsasən ətraf kənd və qəsəbələrdə həyata keçirilir.

Nəqliyyat 2019-07-31 12:33:00