Ekzemanın müalicəsində İbn Sina metodu
Bakı, 31 iyul, AZƏRTAC
Hazırda ekzemanın hamı tərəfindən qəbul edilən bəlli müalicəsi yoxdur. Həkimlərin xəstələrə hormonal təsirli məlhəmlər təyin etməsi müvəqqəti yaxşılaşmaya səbəb olur.
Bu barədə həkim-fitoterapevt Esmira Zeynalova AZƏRTAC-a məlumat verərkən deyib. Onun dediyinə görə, ekzemanın müalicəsində ən səmərəli üsullardan biri böyük loğman İbn Sinanın tətbiq etdiyi müalicə formasıdır: "50 qram çaşır kökü, 200 qram alma sirkəsi və 1 dolu xörək qaşığı bal qarışdırılır, hər gün çalxalanaraq qaranlıq və soyuq yerdə 2 həftə saxlanılır. Ondan istifadə etmək nəinki ekzema, hətta psoriaz, dəmrov, diatez və göbələk xəstəliklərində də çox faydalı nəticələr verir".
Düzgün yastıq seçimi rahat yatmağa kömək edir
Səudiyyəli həkimlər beyinə çip yerləşdirilməsi üzrə robotlaşdırılmış əməliyyat həyata keçiriblər
Qodji ən qiymətli dərman bitkilərindən biridir