×
A
A
A
Sazlamalar

Dəniz Akademiyasının 8 tələbəsi ASCO-nun xaricdə üzən gəmilərində təcrübə keçəcək

Bakı, 29 iyul, AZƏRTAC

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzərdən kənar sularda gəmilərinin sayı getdikcə artdığından gənc dənizçilərin yetişdirilməsi zamanı onlara digər hövzələrin də təcrübəsini aşılamaq zərurəti yaranır.
QSC-dən AZƏRTAC-a bildirilib ki, artıq bir neçə ildir Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) tələbələri Qara dənizdəki gəmilərə təcrübəyə göndərilir. Bu il daha 8 tələbə-dənizçi xarici sularda üzən ASCO gəmilərində təcrübə keçmək şansı qazanıb.

Nəqliyyat 2019-07-29 18:01:00