×
A
A
A
Sazlamalar

“Jara” Beynəlxalq Musiqi Festivalına tamaşaçıların daşınması üçün 40 avtobus ayrılıb

Bakı, 25 iyul, AZƏRTAC

İyulun 25-dən 28-dək keçiriləcək “Jara” Beynəlxalq Musiqi Festivalına bilet alan tamaşaçıların daşınması üçün ekspress marşrut xətti təşkil olunacaq.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, marşrut xətti üzrə avtobuslar Səməd Vurğun bağı (Dilarə Əliyeva küçəsindən) - Nardaran qəsəbəsi, “Sea Breeze” istirahət mərkəzinə hərəkət edəcəklər. Daşımalara ümumilikdə 40 avtobusun cəlb edilməsi nəzərdə tutulub. Ekspress xətt üzrə avtobuslar saat 15:45-dən fəaliyyət göstərəcək, eyni zamanda, tədbir bitdikdən sonra tamaşaçıların əks istiqamətə daşınması təmin ediləcək.

Nəqliyyat 2019-07-25 10:46:00