×
A
A
A
Sazlamalar

Beynəlxalq Ekspert Qrupu rəqəmsal dövrdə məktəblərin gələcək fəaliyyəti ilə bağlı müzakirə aparacaq

Bakı, 23 iyul, AZƏRTAC

UNESKO elektron məktəblərin gələcək fəaliyyəti istiqamətində konseptual əsas hazırlamağı planlaşdırır. AZƏRTAC UNESKO-nun saytına istinadla xəbər verir ki, bununla bağlı iyulun 29-30-da Parisdə Beynəlxalq Ekspert Qrupunun rəqəmsal dövrdə məktəblərin gələcək fəaliyyətinin müzakirəsinə dair görüşü keçiriləcək. Görüş, həmçinin UNESKO-Fazheng layihəsinin mobil təlim sahəsində ən yaxşı təcrübəsinə və layihə çərçivəsində uğurlu təşəbbüslərin 12 tematik nümunəsinə əsaslanacaq.

Elm və təhsil 2019-07-23 17:30:00