Nemətullah Naxçıvaninin “Şərhi-Gülşəni-raz” əsərinin iki müxtəlif nüsxəsi əldə edilib
Bakı, 23 iyul, AZƏRTAC
Türk-İslam dünyasının elmi və ictimai fikrinin inkişafına böyük töhfələr vermiş, Azərbaycanın təsəvvüf və təfsir alimləri arasında xüsusi yeri olan Nemətullah Naxçıvaninin “Şərhi-Gülşəni-raz” əsərinin iki müxtəlif nüsxəsinin elektron variantı AMEA-nın Naxçıvan Bölməsinə təqdim edilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, Türkiyənin İstanbul Universitetinin kitabxanasında saxlanılan nüsxələri Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu əldə edib.
Ehtimal olunur ki, 1500-cü ildə yazılan nüsxə avtoqrafdır. Digər nüsxənin isə üzü 1509-cu ildə, yəni müəllifin sağlığında Qaramanda katib Mənsur ibn-Qənbər Həmədani tərəfindən köçürülüb.
Nüsxələr Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun balansına daxil edilib. Böyük filosof Şeyx Mahmud Şəbüstərinin məşhur “Gülşəni-raz” əsərinə yazılan təfsir gələcəkdə fond əməkdaşları tərəfindən araşdırılacaq.
BDU-nun Qazax filialında inklüziv təhsilə dair beynəlxalq konfransın regional bölməsinin iclası olub
IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib
“Sabahın alimləri” müsabiqəsində Biləsuvar Təhsil Kompleksinin 6 şagirdi uğur qazanıb
“IT sahəsindəki yolum” mövzusunda təcrübə sessiyasının keçirilməsi planlaşdırılır