Avstraliya alimləri süni beyin yaradırlar
Bakı, 23 iyul, AZƏRTAC
Avstraliyanın Melburn Kral Texnologiya Universitetinin alimləri beynin bioloji funksiyalarını təqlid edən mikroçip - süni beyin yaradıblar.
AZƏRTAC meddaily.ru saytına istinadla xəbər verir ki, yeni texnologiyanın əsasında optogenetika (prosesə işıq təsirinin köməyilə nəzarət etmək qabiliyyəti) dayanır. Mikroçip elektrik müqavimətinin müsbətdən mənfiyə doğru dəyişilməsi üçün işıq dalğalarından istifadə edir və bu da sinir əlaqələrinin formalaşmasına və qırılmasına səbəb olur. Süni intellektin əsasında yaranan bu sistem daha da inkişaf etdiriləcək.
Süni intellekt texnologiyalarının iqtisadiyyata transformasiyası problemləri tədqiq olunur
Kvant mexanizmi ilə beyin funksiyalarını sərgiləyən süni zəka modeli yaradılıb
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
Kibertəhlükəsizlikdə sıçrayış: yeni şifrələmə sistemi kompüteri casus proqramlarından qoruyur
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib