×
A
A
A
Sazlamalar

Avropa Gənclər Yay Olimpiya Festivalı: Türkiyə tennisçiləri yarışa qələbə ilə başlayıblar

 

Bakı, 21 iyul, Məhərrəm Əlioğlu, AZƏRTAC 

Bakı Tennis Akademiyasında “EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarında ilk görüşlərin nəticələri məlum olub.
AZƏRTAC xəbər verir ki, fərdi yarışlarda israilli Maya Bazalel Belçika idmançısı Hanne Vandevınkeli 6 (10):7, 6:4, 10:8, sloveniyalı Petja Drame Böyük Britaniyalı Andrea Pinedanı 6:3, 6:1, türkiyəli Toğan Tokac xorvatiyalı Noa Vukadini 6:2, 6:1, Türkiyənin digər təmsilçisi Melisa Senli kosovalı Vesa Gjinajı 6:1,6:1, Bidny Yehonathan (İsrail) Barton Hyneki (Çex Respublikası) 7:5, 6:2, Maria Şolokova (Rusiya) Suana Tucakoviçi (Bosniya və Herseqovina) 6:2, 6:2 hesabı ilə məğlub edib.

İdman 2019-07-21 13:16:00