×
A
A
A
Sazlamalar

Qadın qılıncoynadanımız dünya çempionatının səkkizdəbir final mərhələsinə yüksəlib

Bakı, 20 iyul, AZƏRTAC

Qılıncoynatmanın sablya növü üzrə yığma komandamızın üzvü Anna Başta Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında səkkizdəbir final mərhələsinə yüksəlib.
AZƏRTAC xəbər verir ki, A.Başta güclü 16 qadın sablyaçı sırasına yüksəlmək uğrunda görüşdə İtaliya təmsilçisi İren Vecciyə 15:7 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, sablyaçımız 1/32 final mərhələsində Almaniya idmançısı Li Krugerdən 15:10 hesabı ilə üstün olub.

İdman 2019-07-20 17:00:00