×
A
A
A
Sazlamalar

Avropa Gənclər Olimpiya Festivalında qızıl medal uğrunda mübarizə aparacağam

Bakı, 19 iyul, AZƏRTAC

“EYOF Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalına ciddi hazırlaşmışıq. Bu nüfuzlu yarış Bakıda, doğma Vətənimizdə keçirildiyindən bizim üçün daha da böyük əhəmiyyət daşıyır. Festivalda qızıl medal qazanmaq üçün mübarizə aparacağam.
Bunu XV Avropa Gənclər Olimpiya Festivalında ölkəmizi yunan-Roma güləşi üzrə 55 kiloqram çəki dərəcəsində təmsil edəcək Nihad Məmmədli AZƏRTAC-a məxsusi müsahibəsində deyib.
Güləşçi qeyd edib: “Rəqiblərimi tanıyıram və bir sıra turnirlərdə onlarla qarşılaşmışam. Komandamız bu il bir sıra yarışlarda uğurla çıxış edərək Vətənə medallarla qayıdıb. Ötən ay İtaliyada keçirilən Avropa birinciliyində bütün rəqiblərimi məğlub edərək qalib oldum. Düşünürəm ki, bu turnirdə də üzərimizə düşən vəzifənin öhdəsindən layiqincə gələcəyik”.

İdman 2019-07-19 20:21:00