×
A
A
A
Sazlamalar

Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb

Bakı, 18 iyul, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Rəsədxanadan AZƏRTAC-a bildiriblər ki, iyulun 18-dən 20-dək Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. 2 MeV-dən çox enerjili elektron selinin azacıq yüksələcəyi proqnozlaşdırılır. 10 MeV-dən çox enerjili proton selinin fon səviyyələrində davam etməsi gözlənilir.
Proqnoz dövründə ümumən sakitlik proqnozlaşdırılır. Maqnit qasırğasının yaranması ehtimalı iyulun 18 və 19-da 5 faizdən, iyulun 20-də isə 1 faizdən aşağı qiymətləndirilir.

Elm və təhsil 2019-07-18 13:38:00