×
A
A
A
Sazlamalar

Nigeriya millisi tarixində 8-ci dəfə Afrika Millətlər kubokunun bürünc medalını qazanıb

Bakı, 18 iyul, Nicat Məmmədov, AZƏRTAC

İyulun 17-də Afrika Millətlər kubokunun bürünc mükafatçısı məlum olub.
AZƏRTAC xəbər verir ki, turnirin üçüncü və dördüncü yer uğrunda mübarizələrində Nigeriya və Tunis millisi üz-üzə gəlib.
Görüş Nigeriya millisinin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0. Oyunda yeganə qolun müəllifi üçüncü dəqiqədə Odion İghalo olub. Beləliklə, Nigeriya millisi tarixində 8-ci dəfə Afrika Millətlər kubokunun bürünc mükafatçısı olub.
Turnirin final görüşü iyulun 19-da keçiriləcək. Həmin görüşdə Seneqal və Əlcəzair yığmaları qarşılaşacaq.

İdman 2019-07-18 06:23:00