×
A
A
A
Sazlamalar

Arxeoloji tapıntıların tarixləndirilməsi qrupu yeni nəticələr əldə edib

Bakı, 17 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun aparıcı elmi işçisi, dosent Sahib Məmmədovun rəhbərlik etdiyi arxeoloji tapıntıların tarixləndirilməsi qrupu yeni nəticələr əldə edib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, qrupun gənc tədqiqatçısı, kiçik elmi işçi Aybəniz Əhədova Elektron Paramaqnit Rezonans və Termolüminessensiya metodlarından istifadə edərək Neolit dövrünə aid arxeoloji tapıntıların yaşlarını təyin edib. Tədqiqat zamanı o, Qəbələ rayonundakı Qalayeri qədim yaşayış məskənindən götürülən diş nümunəsinin eramızdan əvvəl 3514-cü ilə, Ağstafa rayonunda yerləşən Həsənsu abidəsindən götürülmüş nümunənin eramızdan əvvəl 6432-ci ilə, Bərdə rayonu ərazisində yerləşən 3 saylı Əmirli abidəsindən götürülən diş və keramika nümunələrinin isə eramızdan əvvəl 5937-ci il və eramızdan əvvəl 6189-cu ilə aid olduğunu sübut edib.
Qeyd edək ki, Radiasiya Problemləri İnstitutunda arxeoloji tapıntıların tarixləndirilməsi 3 müxtəlif metodla (radiokarbon, elektron paramaqnit rezonans və termolüminessensiya) aparılır və tapıntıların yaşı təyin olunur.

Elm və təhsil 2019-07-17 15:08:00