×
A
A
A
Sazlamalar

Parataekvondo üzrə milli komandamız V Asiya çempionatında iştirak edir

Bakı, 16 iyul, AZƏRTAC

İordaniyanın paytaxtı Əmmanda parataekvondo üzrə V Asiya çempionatı keçirilir.
Azərbaycan Milli Paralimpiya Komitəsindən AZƏRTAC-a bildiriblər ki, yarışda ölkəmizi baş məşqçi Fərid Tağızadənin rəhbərliyi ilə altı idmançı təmsil edir. Yarışlarda Röyalə Fətəliyeva (49 kq), Aynur Məmmədova (+58 kq), İmaməddin Xəlilov (61 kq), Abuzər Əbülfəzli (75 kq), Hüseyn Həsənov (75 kq) və Vüsal İsmayılov (+75 kq) K44 kateqoriyasında mübarizə aparıblar.
İyulun 16-19-da keçirilən yarış “Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandırır.
Komandamız çempionatda Azərbaycan Milli Paralimpiya Komitəsinin və Azərbaycan Taekvondo Federasiyasının dəstəyi ilə iştirak edir.

İdman 2019-07-16 20:23:00