×
A
A
A
Sazlamalar

Tbilisi prospektində nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Bakı, 16 iyul, AZƏRTAC

Tbilisi prospektində nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, bir qədər əvvəl Tbilisi prospektində (üzü şəhər istiqamətində) yol nəqliyyat hadisəsi baş verib.
Buna görə də, hadisənin baş verdiyi ərazidə nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.

Nəqliyyat 2019-07-16 14:28:00