×
A
A
A
Sazlamalar

Altı ayda dəmir yolu nəqliyyatı ilə 1,5 milyard dollarlıq yük daşınıb

Bakı, 16 iyul, AZƏRTAC

Cari ilin yanvar-iyun aylarında dəmir yolu nəqliyyatı ilə ümumilikdə 3 milyon 267 min 525 ton yük daşınıb ki, bu yüklərin dəyəri 1 milyard 500 milyon 639 min ABŞ dolları olub.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, altı ayda dəmir yolu nəqliyyatı ilə ixrac olunan 1 milyon 94 min 418 ton yükün dəyəri 376 milyon 865 min dollar təşkil edib.
Hesabat dövründə bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 2 milyon 173 min 106 ton, dəyəri isə 1 milyard 123 milyon 774 min dollar olub.

Nəqliyyat 2019-07-16 11:02:00