×
A
A
A
Sazlamalar

"Beşiktaş" klubu ilk transferini reallaşdırıb

Bakı, 16 iyul, AZƏRTAC
İstanbulun "Beşiktaş" futbol klubu yay transfer pəncərəsində ilk transferini reallaşdırıb.
AZƏRTAC xəbər verir ki, İstanbul təmsilçisi "Vitoriya de Gimarayeş" komandasında forma geyinən Tayler Boydu transfer edib. ABŞ millisinin üzvü ilə 4 illik müqavilə imzalanıb. T.Boyd yeni klubunda ilinə 1,2 milyon avro qazanacaq.
Qeyd edək ki, "Beşiktaş" bu transferə görə Portuqaliya təmsilçisinə 2,4 milyon avro ödəyəcək.

İdman 2019-07-16 08:30:00