×
A
A
A
Sazlamalar

Xəzər və İpək Yolu Beynəlxalq Turizm universitetləri arasında müqavilə imzalanıb

Bakı, 15 iyul, AZƏRTAC

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı Özbəkistanın Səmərqənd şəhərində İpək Yolu Beynəlxalq Turizm Universitetinin təşkilatçılığı ilə keçirilən “Keçmiş sovet ölkələrində turizm əməkdaşlığı: yeni arayışlar və imkanlar” adlı beynəlxalq seminarda iştirak edib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Seminarda çıxış edən professor Hamlet İsaxanlı Özbəkistan və Azərbaycan arasında tarixi və elmi-mədəni əlaqələrdən danışıb. Professor ölkələr arasında turizmin inkişafı üçün kadr hazırlığının, bu sahədə birgə layihələr reallaşdırılmasının, müəllim və tələbə mübadiləsinin vacibliyini qeyd edib.
Sonra qonaqlar üçün Səmərqəndin tarixi və turizm obyektlərinə tur təşkil olunub.

Elm və təhsil 2019-07-15 18:45:00