Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul imtahanının nəticələri açıqlanıb

Bakı, 15 iyul, AZƏRTAC 

Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul olmaq üçün iyulun 14-də keçirilən imtahanın nəticələrini açıqlayıb.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanda iştirak etmiş abituriyentlər Mərkəzin internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.
Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operator nömrələrindən “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
İmtahanda iştirakı gözlənilən 86 abituriyentdən 2 nəfər imtahanda iştirak etməyib.
Xatırladaq ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi liseylərinə qəbul imtahanının nəticələri də yaxın günlərdə elan olunacaq.

Elm və təhsil 2019-07-15 17:34:00