×
A
A
A
Sazlamalar

İbtidai sinif müəllimi olmaq istəyən namizədlər imtahan verirlər

Bakı, 15 iyul, AZƏRTAC

İyulun 15-də ibtidai sinif müəllimi olmaq istəyən namizədlər imtahan verirlər.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, imtahanda 3 min 280 namizədin iştirakı gözlənilir. İbtidai sinif üzrə müəllimlərin işə qəbulu imtahanları iyulun 18-dək davam edəcək.
Qeyd edək ki, iyulun 13-də coğrafiya fənnindən keçirilən test imtahanında namizədlərdən Nəvai Qənbərov 58 bal toplayaraq yüksək nəticə əldə edib.
İmtahanlar iyulun 24-dək davam edəcək.

Elm və təhsil 2019-07-15 11:23:00