×
A
A
A
Sazlamalar

İnzibati icraçı vəzifələr üzrə test imtahanına qeydiyyat davam edir

Bakı, 15 iyul, AZƏRTAC 

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə avqustun 18-də keçiriləcək test imtahanına qeydiyyat davam edir.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahan kompüter və ya kağız daşıyıcılar vasitəsilə aparılacaq. Hazırda imtahanda iştirak etmək üçün 33 (BA - 10, BB - 23) namizəd qeydiyyatdan keçib. Qeydiyyat avqustun 9-u saat 16:00-dək aparılacaq. Qeydiyyat bitdikdən sonra imtahanın yeri və vaxtı barədə məlumat veriləcək.
İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini yaratmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri ilə DİM-in saytında tanış olmaq mümkündür. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat www.payment.dim.gov.az saytında verilib) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

Elm və təhsil 2019-07-15 11:04:00