×
A
A
A
Sazlamalar

Azərbaycan atletləri Serbiyada keçirilən Balkan çempionatında mübarizəyə başlayıblar

Bakı, 13 iyul, AZƏRTAC

İyulun 13-də Serbiyanın Kralyevo şəhərində atletika üzrə yeniyetmələr arasında Balkan çempionatına start verilib. Turnirdə Azərbaycan atletləri də iştirak edirlər.
Azərbaycan Atletika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, çempionatda tullanma növlərində Sabrina Zralova, Çingiz İsrafilov, qaçış yarışlarında isə Lamiyə Vəliyeva, Fəxriyyə Tağızadə və Teymur Salahzadə mübarizə aparırlar.
Atletlərimiz məşqçi Nazim İsrafilovun rəhbərliyi altında qüvvələrini sınayırlar.

İdman 2019-07-13 16:47:00