×
A
A
A
Sazlamalar

“Qoşa qanad: VI Fizika və lirika konfransı” çərçivəsində sərgi təşkil olunub

Bakı, 13 iyul, AZƏRTAC

AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) keçirilən “Qoşa qanad: VI Fizika və lirika konfransı” çərçivəsində Memarlıq və İncəsənət İnstitutu tərəfindən sərgi təşkil edilib.
AZƏRTAC xəbər verir ki, sərgidə AMEA əməkdaşlarının müxtəlif mövzularda illüstrasiyaları nümayiş olunub. Nümayiş olunan əsərlərin əksəriyyəti Memarlıq və İnşaat İnstitutunun əməkdaşları tərəfindən işlənib hazırlanıb. AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Ərtegin Salamzadə və institutun bir qrup əməkdaşı sərgiyə baxıblar.
Sərgi iştirakçılarda böyük maraq oyadıb.
Qeyd edək ki, “Qoşa qanad: VI Fizika və lirika konfransı” AMEA-nın Azad Həmkarlar İttifaqı və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə keçirilib.

 

Elm və təhsil 2019-07-13 15:26:00